Ərdoğan “Central Park”da belə qarşılandı: “Dünyanın ən yaxşı lideri” – VİDEO

image-11274685067229779537backend

Xəbər verdiyimiz kimi, Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan BMT-nin 77-ci Baş Assambleyasına qatılmaq və müxtəlif görüşlər keçirmək üçün ABŞ-ın Nyu York şəhərinə rəsmi səfərə yollanıb.

Dünən isə, Prezident Ərdoğan gözlənilmədən Nyu York şəhərindəki Mərkəzi Parkda yürüş edib.

Yürüş parkta əylənən yerli amerikalılar və fərqli ölklərdən olan turistlər tərəfindən maraqla qarşılanıb və Türk liderə böyük hörmətlə yadda qalıb. Türkiyə mediası Ərdoğanın “Central Park”dakı yürüyüşünə xüsusi diqqət ayırıb.

Türkiyənin nüfuzlu Anadolu Ajansı xəbər agentliyi vətəndaşlardan birinin Ərdoğana təşəkkür etdiyi sözlərə diqqət çəkib: “Taxıl anlaşması və Ukraynaya verdiyiniz PUA-lar üçün təşəkkürlər. Bunlar NATO-nun güclənməsinə töhvə verir. Çox təşəkkür edirəm”. Tailandlı bir turist İstanbul və Kapadokya şəhərlərinə baş çəkdiyini, gəzdiyi ölkələr arasında ən gözəlinin Türkiyə olduğunu vurğulayaraq, Prezident Ərdoğanla tanışmaq fürsətindən dolayı şanslı olduğunu bildirib.

TRT Haber isə, Ərdoğanın sevinc və həyacanla qarşılandığını, parkdakı insanların onunla tanış olmaq üçün xüsusi maraq göstərdiyini yazıb. Yeni Şafak qazeti isə, Burkina-Fasodan olan velosipedçinin Ərdoğana olan xüsusi sevgisini ön plana çıxarıb. Adının Mixayel olduğu bildirən velosipedçi Ərdoğanın yanına gələrək selfi çəkdirib. Velosipedçi Ərdoğanı “dünyanın ən yaxşı prezidenti” adlandırıb. Eyni zamanda Türkiyənin nüfuzlu “Sözcü”, “Hürriyet” qazetləri də məsələni gündəmdə saxlayıb. Yürüyüş zamanı Ərdoğanı Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mercan və Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu müşayiət edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki