Ərdoğan Heydər Əliyevin məzarını ziyarət etdi – Fotolar

image-erdo-1backend

Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Busaat.az xəbər verir ki, ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.




Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki