
Ərdoğan Kathimeri-yə müsahibə verib: "Mitsotakis verdiyi vədlərə əməl etməlidir"
Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın aparıcı qəzetlərindən olan Kathimerini-yə açıqlama verib. Ərdoğan Yunanıstan-Türkiyə münasibətlərində yeni dövrə çağırıb.
Busaat.az xəbər verir ki, iki ölkə arasında yaranmış mənfi atmosferi bir kənara qoyan Ərdoğan gərginliyin daha da artmaması lazım olduğunu, Miçotakislə yenidən prezident seçiləcəyi təqdirdə bunun yeni bir dövrün başlanğıcı ola biləcəyini bildirib.
Ərdoğan deyib: “Yunanıstanla aramızda olan düşmənçilik və rəqabəti bir kənara qoya bilərik, çünki bunlar hər iki ölkəyə ciddi ziyan vurub və davam etməməlidir. Ümid edirəm ki, Yunanıstan və Türkiyədə keçiriləcək seçkilər yeni bir dövrün başlanğıcı olacaq. Türkiyə Yunanıstana isti və mehribandır. Salamlarımızı göndəririk”.
“Miçotakis üçün bir mesajınız və ya arzunuz varmı?”, – sualına Ərdoğan, “Miçotakis bu məsələləri nəzərə almalı və verdiyi vədlərə əməl etməlidir”, – cavabını verib.
Seçkiləri yenidən qazanacağını düşündüyünü deyən Ərdoğan əlavə edib: “Meydanlardakı böyük toplantılar bunu göstərir; xalq bu istəyi göstərir və siz də görürsünüz”.
Busaat.az























