
Ərdoğan MÜJDƏ VERDİ: 12 milyard dollar...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Şirnak vilayətində böyük neft yatağının aşkar edildiyini bildirib.
Bu barədə Busaat.az Türkiyə KİV-nə istinadla xəbər verir.
Onun sözlərinə görə, burada, Qabar dağı ərazisində neft ehtiyatlarının həcmi 150 milyon barel qiymətləndirilir.
“Ehtiyatların dəyəri təxminən 12 milyard dollardır”, – Türkiyə lideri ölkə hökumətinin iclasından sonra bildirib.
Ərdoğan əlavə edib ki, kəşf edilən yeni yataq 2022-ci ildə quruda edilən 10 ən böyük kəşfdən biridir.
Publika.az























