Ərdoğan Putini necə razı salır? – İnanılmaz siyasi gedişlər…backend

“Türkiyə və Rusiyanın maraqları Cənubi Qafqaz da daxil olmaqla, bir çox regionda toqquşur. Amma önəmli bir detal da var ki, bunu nəzərdən qaçırmaq yanlış qənaət və təhlillərə səbəb olur: Putin və Ərdoğanın qlobal vizyonu üst-üstə düşür”.

Busaat.az xəbər verir bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Putin və Ərdoğanı mövcud dünya düzəninə revizionist yanaşma birləşdirir:

“Dövlətlərinin keçmişini sahiblənən hər iki lider Rusiya və Osmanlı imperiyalarının vaxtilə hökm etdiyi coğrafiyada yenə söz sahibi olub, çoxqütblü qlobal sistemin formalaşmasına və orada öz yerlərini almağa çalışırlar. Bu baxımdan Ərdoğan Rusiyada nə qədər qıcıq doğursa da, Putin üçün qiymətli tərəfdaşdır. Məsələn, Ərdoğan hazırkı siyasətini ABŞ və NATO ilə bərabər yeritsəydi, Putinin reaksiyası tamam fərqli olardı (Rusiya təyyarəsinin vurulmasından sonra baş verənləri xatırlayın), amma Putin Ərdoğanın müstəqil hərəkət etdiyini bildiyi üçün ona hörmətlə yanaşır, hətta Rusiyanın maraqlarına qarşı yönəlmiş addımlarına da dözüm göstərir”.

Politoloq bildirib ki, NATO üzvü olmasına və Qərblə siyasi, iqtisadi, hərbi inteqrasiyaya getməsinə baxmayaraq, Türkiyənin dərin dövlət qatlarında və toplumunda hər zaman bir Avrasiya vizyonu da olub:

Konkret.az