
Ərdoğan Putinlə amfibiya təyyarələrinin alınması məsələsini müzakirə edəcək
Türkiyə prezidenti Rəcəb Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüş zamanı amfibiya təyyarələrinin alınmasını müzakirə etmək niyyətindədir.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Ümid edirik ki, cənab Putinlə şəxsi görüş zamanı biz onların malik olduğu amfibiya təyyarələrinin alınmasını müzakirə edəcəyik, çünki onlar yanğının söndürülməsinə çox əhəmiyyətli təsir göstərir”, – Ərdoğan deyib.
Türkiyə lideri qeyd edib ki, hakimiyyət artıq yanğınların söndürülməsi üçün təchiz edilmiş təyyarə və helikopterlərin alınmasını maliyyələşdirib, lakin onlara iki və ya üç amfibiya əlavə edilsə, bu, daha səmərəli olacaq.
Ərdoğan bildirib ki, ölkənin müxtəlif yerlərində demək olar ki, hər gün meşə yanğınları baş verir.
Busaat.az























