
Ərdoğan Qazaxıstana gedib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Asiya Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Konfransa qatılmaq üçün Qazaxıstanın paytaxtı Astanaya gedib.
Busaat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Esenboğa hava limanından yola salınıb.
Ərdoğan ilə birgə xanımı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Kənd və Meşə Təsərrüfatı naziri Vahid Kirişci, Ticarət naziri Mehmet Muş, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu, MİT rəhbəri Hakan Fidan, Müdafiə Sənayesi naziri İsmail Demir, Rabitə naziri Fahrettin Altun və Prezidentin sözçüsü İbrahim Kalın da Astanaya səfər edib.
Busaat.az























