
Ərdoğan Şimali Kiprə səfər edib
Türkiyə prezidenti Prezident Rəcəb Tayyib Ərdoğan prezident seçiləndən sonra ilk xarici səfərini Şimali Kipr Türk Respublikasına (ŞKTR) edib.
Busaat.az Hürriyet-ə istinadən xəbər verir ki, Ərdoğan ŞKTR prezidenti Ersin Tatar ilə görüşüb.
Ərdoğan Atatürk məqbərəsinə çələng qoyduqdan sonra ŞKTR-in paytaxtı Lefkoşa (Nikosiya) şəhərindəki prezident binasına gələrək ŞKTR prezidenti Ersin Tatar ilə ikilikdə görüş keçirib.
İkili münasibətlərlə bağlı bütün sahələrdə atılacaq addımlar haqqında fikir mübadiləsi aparmaqla yanaşı, adada baş verən yeniliklərin regional və beynəlxalq tərəfləri ilə detallı olaraq müzakirə edilməsinin danışılacağı iclasdan sonra iki liderin ortaq mətbuat konfransı keçirməsi gözlənilir.
Busaat.az























