
Ərdoğan-Sinan Oğan görüşü başa çatdı
Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunda rəqib omuş hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla Sinan Oğan arasında görüş keçirilib.
Busaat.az-ın xəbərinə görə, Dolmabağça sarayında keçirilən görüş təxminən bir saat çəkib.
Görüşdə Sinan Oğanın seçkilərin ikinci turunda hansı namizədi dəstəkləyəcəyi ilə bağlı fikir mübadiləsinin aparıldığı ehtimal olunur.
Qeyd edək ki, ATA İttifaqının vahid namizədi kimi seçkilərə qatılan Oğan 5,17 faiz səs toplayaraq seçkilərin ikinci tura qalmasına səbəb olmuşdu.























