Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.34 $▼2.30%
  • WTI neft84.28 $▼0.54%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.249 $▲2.75%
  • Qızıl3 757 $▼0.78%
  • Gümüş45.41 $▼0.87%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda603.00 ¢▼0.37%
  • Bitcoin63 995 $▼1.35%
  • Ethereum1 795 $▼1.52%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ərdoğan Süleyman Soylunu müdafiə etdi

image-erdogan-t
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərdə mafiya rəhbəri Sedat Pekerin açıqlamaları ilə əlaqədar olaraq gündəmdə olan daxili işlər naziri Süleyman Soylu ilə bağlı məsələyə münasibət bildirib.

Busaat.az  xəbər verir ki, Ərdoğan Türkiyə Böyük Millət Məclisində AK partiyanın qrup iclasında Süleyman Soylunu hədəf alan hücumların arxasında Türkiyədə təmin olunan əmin-amanlıqdan narahat olan və ölkəni qarışdırmaq istəyənlərin durduğunu bildirib.

“Terror təşkilatları kimi cinayətkar təşkilatlarla mübarizədə daxili işlər nazirimizin yanında olduq və olacağıq. Hədəfin DİN rəhbərimiz olmadığını, böyük və qüdrətli bir Türkiyə qurma səylərimizin olduğunu anlamaq üçün istifadə olunan alətlərə və istifadə edənlərin siluetlərinə baxmaq kifayətdir. Ölkəmizdə illərdir nazir, baş nazir və parlamentin sədri vəzifəsini tutan və partiyamızın sədri olan dostumuz Binəli Yıldırımın da hədəf alınması əsl niyyəti göstərən başqa bir işarədir. İndiyə qədər mənim, partiyamız və həmkarlarımızın timsalında ölkəmizə qarşı edilən hər hansı bir hücuma göz yummadığımız kimi, Allahın izni ilə bu oyunu da korlayacağıq, buna görə heç bir narahatlığınız olmasın”, – deyə Ərdoğan qeyd edib.

Cinayətkar dəstələrin üzvlərini dünyanın harasına qaçsalar da izlədiklərini vurğulayan dövlət başçısı, FETÖ və PKK üzvləri kimi, bu cinayətkarları da Türkiyəyə gətirib mühakimə orqanlarına təhvil verməyincə onların izini buraxmayacaqlarını qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=47910