
Ərdoğan Türkmənistan Milli Şurasının sədri Berdiməhəmmədovla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Milli Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Busaat.az xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısının keçirildiyi Avaza Konqres Mərkəzində prezident Ərdoğanı Türkmənistan xarici işlər nazirinin müavini Berdi Matiyev və Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral qarşılayıblar.
Prezident Ərdoğan sammit çərçivəsində ilk görüşünü Türkmənistan Milli Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovla keçirib.
Busaat.az























