Ərdoğan Stoltenberqlə Rusiyada baş verənləri müzakirə edib – “Anadolu” agentliyi

image-default-88backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Rusiyada baş verən son hadisələri müzakirə ediblər.

Bildirilib ki, Rusiyada vəziyyətin deeskalasiyası “Ukrayna meydanında” geri dönməz humanitar fəlakətlərin qarşısını alıb.

“Ərdoğan Rusiyada baş verən son hadisələrin Ukraynada ədalətli sülhə gedən yolda yeni mərhələyə çevriləcəyinə ümid etdiyini bildirib”, – məlumatda deyilir.

Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlük məsələsi də müzakirə edilib.

“Ankara Stokholmun bloka qoşulmasında konstruktiv mövqe nümayiş etdirir”, – deyə Ərdoğan qeyd edib.

Bundan başqa, Türkiyə tərəfi F-35 qırıcılarının tədarükü kontekstində Ankaraya qarşı ədalətsizliyi, o cümlədən Türkiyənin F-16 qırıcı təyyarələri almaq sorğularını İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək cəhdlərini yanlış addım adlandırıb.

Onlar ilk növbədə Türkiyəyə deyil, müttəfiqliyə və onların təhlükəsizliyinə zərər verirlər”, – Ərdoğan vurğulayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki