
Ərdoğan Zelenski ilə danışıqlardan sonra Putinlə görüşə bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.
Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Türkiyədə baş tutmayacaq, ancaq şəxsən keçiriləcək.
“Hürriyet” qəzeti daha əvvəl yazmışdı ki, bu gün Ərdoğan yenidən Zelenskiyə Moskva və Kiyev arasında sülh nizamlanması üçün vasitəçi kimi xidmətlərini təklif edəcək. Gündəliyə Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi də daxil olacaq. İki lider iyulun 17-də başa çatan taxıl müqaviləsinin uzadılmasını da müzakirə edəcəklər.
Ərdoğan demək olar ki, hər beynəlxalq görüşdə Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə dialoqu davam etdirən, aktual məsələlərin həlli istiqamətində təşəbbüslər həyata keçirən yeganə ölkə olduğunu və bundan sonra da belə balanslaşdırılmış siyasət aparacağını bildirir.
Busaat.az























