Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.82 $▲0.43%
  • WTI neft86.31 $▲0.75%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.290 $▲2.40%
  • Qızıl4 044 $▼1.97%
  • Gümüş51.53 $▼3.22%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 732 $▼2.03%
  • Ethereum2 052 $▼3.76%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Ərdoğan Zəngəzur dəhlizindən danışdı

image-img_5724
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Biz artıq Cənubi Qafqazda əmin-amanlıq və sülh görmək istəyirik”.

Busaat.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan geri qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bölgədə davamlı sülh hər kəs üçün faydalı olacaq: “Azərbaycan və Ermənistan arasında sülhün artıq üfüqdə görünməsindən şadıq. Bu prosesi yaxından izləyirik və lazımi dəstəyi də veririk. Əldə olunacaq sülh Azərbaycanla Ermənistan, eləcə də ölkəmiz üçün dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesi yaşayırıq. Həm sülh, həm də münasibətlərin normallaşması təmin edildiyində ölkələrimizin bundan fayda qazanacağını görəcəyik”.

Bununla yanaşı, Türkiyə lideri Zəngəzur dəhlizi barədə də danışıb: “Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız Naxçıvan ilə quru əlaqəsi deyil, eyni zamanda Türkiyə üzərindən Türk dünyasına uzanan yeni bir inteqrasiya xəttidir. Bu dəhlizin tez bir zamanda açılması Qafqazda nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Qonşu ölkə İranın da bölgəmizdə əmin-amanlıq, sülh və inkişafa xidmət edəcək bu addımlara dəstək verməyini gözləyirik. Bu “qazan-qazan” prinsipindən onların da faydalanmasını istəyərik. Atılan hər addım, açılan hər qapı, dəhliz iqtisadi qazancla yanaşı, zamanla ölkələri bir-birinə daha çox yaxınlaşdıracaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=165679