
Ərdoğanın yeni baş müşaviri o olacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyinatı ilə Prof. Dr. Sadettin Hülagü prezidentin baş müşaviri təyin edilib.
Busaat.az xəbər verir ki, bu barədə qərar Rəsmi Qəzetdə dərc edilib.
Qərarda, 2547 saylı Ali Təhsil Qanununun 38-ci maddəsi və Prezidentlik Təşkilatı haqqında Prezident Fərmanının 12-ci maddəsinə əsasən, Prof. Dr. Sadettin Hülagünün baş müşavir olaraq təyin edildiyi bildirilib.
Busaat.az























