Ərdoğanla Qaribaşvili Qafqazdakı vəziyyəti müzakirə etdilər

image-erdobackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş baş tutub.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Vesti Kavkaza” yayıb. Bildirilir ki, görüş ABŞ-da Nyu-York şəhərində keçirilib. Bildirilir ki, tərəflər görüş zamanı Cənubi Qafqazdakı hazırkı vəziyyəti müzakirə ediblər.

Bununla yanaşı, Qaribaşvili və Ərdoğan iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin gələcəkdə də inkişafı məsələsi ətrafında fikir mübadiləsi aparıb. Həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət verildiyi də vurğulanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90