Erməni hərbçi əsgər yoldaşını güllələdi

image-ermenipapaqbackend

Ermənistan ordusunun hərbçisi əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Busaat.az Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yaralanan hərbçi 2003-cü il təvəllüdlü Senik Saakyandır.

İnsident dekabrın 8-i təqribən 23:50-də ölkənin cənub-şərq istiqamətində yerləşən hərbi hissələrin birində baş verib.

Yaralı hərbçinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki