Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.92 $▲0.54%
  • WTI neft86.26 $▲0.69%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.294 $▲2.52%
  • Qızıl4 043 $▼2.00%
  • Gümüş51.56 $▼3.16%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 706 $▼2.06%
  • Ethereum2 050 $▼3.88%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Erməni heykəltəraşın ETİRAFI: Şuşada mərmər pilləkənlər azərbaycanlıların məzar daşlarıdır – VİDEO

image-susa-750x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənilər Naxçıvanda iki azərbaycanlını qətlə yetirdilər, amma bu qətli unutdular. Müharibənin başladığı yer buradır. Məni təəccübləndirən siyasi məqamlar var. Zori Balayanın başçılıq etdiyi nümayəndə heyəti ruslarla danışıqlar aparmaq üçün İrəvana getdi və onlara dedi: “Qarabağda bizə kömək edin, biz də çeçenlərə və ya başqa müsəlmanlara qarşı müharibədə sizə kömək edək”. Təbii ki, ermənilərin özləri Azərbaycanı məğlub edə bilməzdilər. Silah və təyyarələri Rusiya göndərirdi”

Busaat.az Konkret.az-a  xəbər verir ki, bu barədə hazırda ABŞ-da yaşayan erməni heykəltəraş Onik Kardaş TRT Haber telekanalına müsahibəsində danışıb.

Kardaşın sözlərinə görə, birinci Qarabağ müharibəsi zamanı ermənilər işğal altında olan Şuşada vəhşiliklər törədiblər.

“Sürücüm Şuşa şəhərindən idi, bir dəfə mənə demişdi ki, 80 azərbaycanlının başını daşa vuraraq öldürüb. Sonra soruşdum: bunu necə etdin? Sürücü cavab verdi ki, yalnız birinci dəfə çətindir, çünki insan dərhal ölmür. Ancaq bunu bacardıqdan sonra, bir zərbə ilə onu öldürə bilərsiniz. Masada oturub kabab yediyimizi xatırlayıram. Bir oğlan atasından xahiş etdi ki, azərbaycanlıların başını necə kəsdiyini danışsın. Süfrədə əyləşənlər eyni vaxtda yemək yeyir, dinləyirdilər. Bu millət belə hekayələr üzərində böyüyür”, – Kardaş xatirələrini bölüşür.

Erməni heykəltəraş ermənilərin ölən azərbaycanlıların cəsədlərini ələ saldıqlarını da qeyd edib:

“Qəbirlərdə deşiklər açıb, kəlləni çıxarıb, qızıl dişləri çıxarıblar. Kəllənin özü atılıb. Qəbiristanlıqdan keçəndə qəbirlərdən qazılmış kəllələrin necə ayaqlarınızın altında qaldığını görürsən. Şuşanın mərmərdən olan pilləkənləri var. Azərbaycanlılar bu plitələri qaldırsalar, görərlər ki, bu, qohumlarının məzar daşlarıdır. Mən orada idim və hər şeyi öz gözlərimlə gördüm”, – Kardaş bildirib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78706