
Ermənistan Avropa Şurasının layihəsinə qoşulur
Ermənistanın Milli Qalereyası “İmpressionizm Marşrutları” layihəsinə qoşulub və bununla da Ermənistanın Avropa Şurasının (AŞ) Mədəni Marşrutlar proqramında iştirakını genişləndirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi yayıb.
Nazirlikdən “NEWS.am”a verilən məlumata görə, “İmpressionizm marşrutları” layihəsinin bu yaxınlarda keçirilən iclasında Ermənistan Milli Qalereyası rəsmən bu layihənin üzvü seçilib.
Bu əməkdaşlıq erməni mədəniyyətinin Avropa mədəni məkanında populyarlaşması, mədəniyyətlərarası dialoqun təşkili və yeni birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradır.
Mədəni Marşrutlar proqramının məqsədi məkan və zamana səyahət vasitəsilə Avropanın müxtəlif ölkələrinin və mədəniyyətlərinin irsinin ortaq və canlı mədəni irsə necə töhfə verdiyini nümayiş etdirməkdir.
Qeyd edək ki, Ermənistan 2015-ci ildə AŞ-nin Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Sazişinə qoşulub.
Busaat.az























