Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 760 $▲1.01%
  • Ethereum1 807 $▲2.16%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab alıb - Paşinyan

image-pasinyann
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab alıb.

Busaat.az xəbər verir ki, bu barədə Emənistanın  baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, tez-tez ictimai platformalarda, sosial şəbəkələrdə Ermənistan hökumətinin hansısa sənədi imzalamağa hazırlaşdığı bildirilir.

“Sizi əmin etmək istəyirəm ki, hansısa sənədin imzalanması ilə bağlı vəziyyət yaranarsa, bu, yaxşı xəbər olacaq. Çünki bu, danışıqlarda müsbət irəliləyişin əldə olunduğu anlamına gələcək. Biz isə uzunmüddətli sülh, sabitlik və inkişafı təmin etməli olan nəticəyə nail olmuş olacağıq”, – Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycana müntəzəm təkliflər təqdim edib.

“2-3 gün əvvəl Azərbaycandan cavab aldıq. Hansısa irəliləyiş varmı? Qeyd edək ki, müəyyən irəliləyişlər görürük. Amma nə qədər irəliləsək, bir o qədər fundamental problemlər üzə çıxır”, – deyə baş nazir bildirib.

“Bakı mümkün sülh müqaviləsinin köməyi ilə Ermənistan Respublikasının ərazisi ilə bağlı  iddialarını birləşdirməyə çalışır. İrəvan üçün bu, “qırmızı xətt”dir”, – Paşinyan vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan etmişdi ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb.  Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103850