
Ermənistan Baş Prokurorluğu Seyran Ohanyana qarşı ittiham irəli sürüb
Ermənistanın sabiq müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.
Ohanyan bir neçə maddə ilə külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Qeyd edək ki, bundan əvvəl baş prokuror Anna Vardapetyanın vəsatəti əsasında parlament Seyran Ohanyan və Armen Çarçyanın deputat toxunulmazlığını ləğv edib.
Busaat.az























