Ermənistan deputatları hakimiyyətdən dəqiq cavab gözləyirbackend

Ermənistan parlamentinin deputatları baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanın son zamanlar baş verənlərlə bağlı dediklərindən sonra ümidsizliyə qapılıblar.

Busaat.az  “Aysor”a istinadən xəbər verir ki, bu barədə “İrates” qəzetində məqalə dərc olunub.

Bildirilib ki, baş nazir və XİN başçısının çıxışından sonra cavabı olmayan çoxsaylı suallar yaranıb.

Məqaləyə əsasən, deputatlar parlamentin qapalı toplantısında müzakirə edilən məsələyə şərh verməkdən yayınıb: “Çoxsaylı suallara hakimiyyət dəqiq cavab verməlidir”.