Ermənistan-Hindistan əlaqələri daha da genişlənir və dərinləşir

image-29114954-armenia-india-high-resolution-sign-flags-conceptbackend

Hindistan və Ermənistan arasında əlaqələrin dərinləşməsi və genişlənməsi faktını yüksək qiymətləndiririk.

Busaat.az xəbər verir ki, bunu “Ermənistan-Hindistan: Minillik münasibətləri üçün yeni stimullar” konfransında çıxışı zamanı Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sanjay Verma deyib.

“Mən XİN və Ermənistan Milli Elmlər Akademiyasının Şərq İnstitutunun təşəbbüsü ilə keçirilən “Ermənistan-Hindistan: Minillik münasibətləri üçün yeni stimullar” konfransını çox yüksək qiymətləndirirəm. Ermənistan və Hindistan arasında diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edərkən bu təşəbbüs alqışlanmalıdır. Bu, həqiqətən də lazımi vaxtda keçirildi” – deyə, Verma bildirib.

“Konfrans qarşılıqlı faydalı əlaqələrimizi üzə çıxarmaq və gələcəkdə ikitərəfli münasibətləri genişləndirmək üçün yaxşı fürsətdir. Ermənistan-Hindistan münasibətlərinin çoxəsrlik tarixi var. Hindistanda iki xalqı birləşdirən mədəni irs hələ də qorunur ” – deyə, Sanjay Verma əlavə edib.
Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Ermənistanla Hindistan arasında əlaqələrin genişləndiyini və dərinləşdiyini bildirsə də, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Son bir ildə iki ölkənin xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlər baş tutub. Bu, həqiqətən də münasibətlərimizin inkişafına böyük təkan verdi. Təhsil, texnologiya, turizm və digər sahələri əhatə edən əməkdaşlığımız genişlənib. Münasibətlərimizi inkişaf etdirərək biz işimizi birləşdirməli və mövcud əməkdaşlığı daha da genişləndirməliyik” – deyə, diplomat qeyd edib..

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90