
Ermənistan hökumətinin mümkün Paşinyan-Əliyev görüşü barədə məlumatı yoxdur
Hazırda Ermənistan hökumətində baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin mayın 14-də Brüsseldə mümkün görüşü barədə məlumat yoxdur.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan NEWS.am-a müsahibəsində bildirib.
Xəbər verdiyimiz kimi, “Financial Times” Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevin mayın 14-də Brüsseldə danışıqlar aparacağını yazıb.
Busaat.az























