“Ermənistan hüquqi cəzasını almalıdır” – Politoloq rəyi

“Ermənistan hüquqi cəzasını almalıdır” – Politoloq rəyibackend

“Ermənistandan alınan təzminat işğaldan azad olunmuş ərazilərdə bərpa işinə sərf olunmalıdır”.

Bunu son günlər işğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilən kütləvi məzarlıqların aşkarlanmasına toxunan Cənubi Qafqaz araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə Busaat.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Ermənistan törətdiyi cinayət əməllərinə  görə Azərbaycan tərəfi təzminat tələb etməlidir:

Azərbaycan tərəfi daima Ermənistandan Birinci Qarabağ müharibəsində kütləvi məzarlıqların yerini deməsini tələb edir. Amma Yerevan məhz törətdiyi cinayətlərə görə cavab verəcəyindən çəkinərək demir. Azərbaycan özü işğaldan azad etdiyi ərazilərdə belə toplu məzarlıqlar aşkarlayır. Bunu beynəlxalq müstəviyə çıxarmalı və Ermənistanın mülki insanlara qarşı müharibə cinayətləri törətdiyini hüquqi müstəvidə qaldırılmalıyıq. Beynəlxalq məhkəməyə verib, təzminat tələb etməliyik. Ermənistan 30 ildə Azərbaycan xalqına yaşatdığı bu faciənin hüquqi cəzasını almalıdır. Hərbi cəzasını isə artıq aldı. Avropa belə bir cinayət törətmiş dövləti tanımamalıdır. Ermənistandan alınan təzminat işğaldan azad olunmuş ərazilərdə bərpa işinə sərf olunmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki