Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 220 $▼1.47%
  • Ethereum1 907 $▼1.07%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ermənistan İqtisadiyyat Nazirliyi: “Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması xarici ticarət imkanlarımızı azaldır"

image-ermenistanin-iqtisadiyyat-nazirliyi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır”.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi “Sputnik Armenia”nın sorğusuna cavabında bildirib.

Qeyd olunub ki, hazırda Ermənistanın xarici ticarətində Ermənistan-Türkiyə ticarətinin payı 1%-dir: “İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə bu rəqəm 10%-ə qalxa və ya daha çox arta bilər”.

Bildirilib ki, İrəvanla Ankara arasında birbaşa ticarətin başlanması Ermənistandan Türkiyəyə ixracın payının Ermənistanın ümumi ixracının 6,7%-ə qədər artmasına və idxalın da yüksəlməsinə səbəb olacaq.

Nazirlik vurğulayıb ki, Azərbaycan və Türkiyə ilə sərhədin bağlı olması Ermənistanın yükdaşıma bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərir və bu xidmətin baha olmasına gətirib çıxarır: “Hazırda Ermənistan Logistika Effektivliyi İndeksində 186 ölkə arasında 96-cı yerdədir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120577