
Ermənistan itkilərinin yeni sayını açıqladı
44 günlük Vətən müharibəsi zamanı Ermənistan 3788 nəfər itki verib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
Qeyd olunur ki, 2021-ci il 4 oktyabr tarixinə olan məlumata görə, 224 hərbçi itkin düşmüş hesab olunur.























