Ermənistan müdafiə naziri Moskvaya gedir

image-vaqarshakbackend

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan yaxın günlərdə Moskvaya səfər edəcək.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, Rusiya paytaxtında keçiriləcək danışıqların mövzularından biri də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət olacaq.

Qeyd edək ki, bu gün Ermənistan və Rusiya müdafiə nazirləri Vaqarşak Arutyunyanla Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90