Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.42 $▼3.30%
  • WTI neft83.41 $▼1.57%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.180 $▲0.57%
  • Qızıl3 783 $▼0.11%
  • Gümüş45.82 $▲0.01%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda601.25 ¢▼0.66%
  • Bitcoin64 589 $▼0.44%
  • Ethereum1 811 $▼0.63%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ermənistan parlamentində deputatlar arasında qarşıdurma - VİDEO

image-armenian_parliament
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan parlamentinin bu gün keçirilən iclası mübahisəsiz ötüşməyib.

Busaat.az erməni KİV-nə istinadən xəbər verir ki, müxalif “Ermənistan” blokunun üzvü İşxan Saqatelyanın çıxışından sonra müzakirələr mübahisəyə çevrilib.

Məlumata əsasən, İşxan Saqatelyan öz çıxışında siyasi çoxluğu həqiqət ilə barışmağa, müxalifətin səsini boğmamağa çağırıb.

Ölkənin parlamentin sədri Alen Simonyan millət vəkillərini sakitləşdirməyə çalışsa da, onun cəhdləri heç bir nəticə verməyib.

O, mühafizə xidmətinin əməkdaşlarını parlamentin iclas zalına çağırıb. Parlament sədri həmçinin iclasın canlı yayımının dayandırılması ilə bağlı göstəriş verib.

Mühafizəçilər jurnalistlərin və operatorların işinə də mane olub və çəkiliş etməyə icazə verməyiblər.

Qeyd edək ki, parlementin sədri Alen Simonyan iclasın əvvəlində “Şərəfim var” blokunun millət vəkili Anna Mkrtçyanı parlamentin iclasından qovub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=54672