
Ermənistan parlamentində əlbəyaxa dava olub
Ermənistan Milli Assambleyasında hakim fraksiyadan olan deputatlarla müxalifətçilər arasında dava düşüb.
Busaat.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
“Hayastan” fraksiyasının üzvü, Sisianın eks-meri Artur Sarkisyanın çıxışından sonra onunla “Mülki müqavilə” fraksiyasının nümayəndəsi Ovik Ağazaryan arasında şifahi “söz davası” baş verib və bu, sonradan fiziki davaya çevrilib.
İnsidentin qarşısını almaq üçün spiker Alen Simonyan təhlükəsizlik xidmətinə müxalif deputatı zaldan çıxarmağı əmr edib.
Müxalifətçilər zaldan çıxarılarkən onlarla təhlükəsizlik işçiləri arasında qarşıdurma yaranıb.
Busaat.az























