
Ermənistan parlamentinin spikeri Türkiyəyə səfər edəcək
Ermənistan Milli Assambleyasının (MM) spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistan nümayəndə heyəti Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 30 illiyinə həsr olunmuş üzv dövlətlərin parlament başçılarının sammitində iştirak edəcək.
“Alen Simonyan parlament başçılarının sammiti zamanı çıxış edəcək”, – məlumatda deyilir.
Busaat.az























