Ermənistan Prezidenti barədə cinayət işi başlanıldı

image-armensarkisyan-2-768x403backend

Ermənistan Baş Prokurorluğunda Prezident Armen Sarkisyanın ikili vətəndaşlıq faktının gizlədilməsi ilə əlaqədar cinayət işi başlanılıb.

Busaat.az  xəbər verir ki, bu barədə Ermənistanın Vəkillər Kollegiyasının rəhbəri Ara Zohrabyan öz feysbuk hesabında məlumat verib.

Martın 30-da Ermənistan Vəkillər Kollegiyasının 53 vəkili Prezident Armen Sarkisyanın ikili vətəndaşlığını gizlətməsi ilə əlaqədar qanun pozuntusuna dair hesabat təqdim etmişdi. Xüsusi İstintaq Xidməti cinayət işini qaldırmaqdan imtina etsə də, vəkillər daha sonra bu qərardan apellyasiya şikayəti vermişdilər.

“Bir şikayət əsasında Baş Prokurorluq Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsinə əsasən Xüsusi İstintaq Xidmətinin qərarını ləğv etdi və cinayət işi başlatdı”,- deyə Zohrabyan qeyd edib.

Onun sözlərinə görə, prokurorluğun qərarında Armen Sarkisyanın İngiltərə vətəndaşlığına 2011-ci ildə deyil, daha sonra xitam verilməsi barədə iddiaların qanuni olduğu qeyd edilir.

Qeyd edək ki, vəkillərin təqdim etdiyi sənəddə Armen Sarkisyanın ​​2003-2012-ci illərdə İngiltərə vətəndaşlığına sahib olduğu bildirilir. 2018-ci ildə isə Ermənistan qanunlarını pozaraq prezident seçilib. Belə ki, Ermənistan Konstitusiyasına görə, yalnız altı ildən çox ölkə vətəndaşı olan şəxs prezident seçilə bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90