Ermənistan Prezidenti Londonda yeni virusa yoluxdu

Ermənistan Prezidenti Londonda yeni virusa yoluxdubackend

Ermənistan Prezidenti Armen Sarkisyan İngiltərədə koronavirusun mutasiyaya uğramış yeni növünə yoluxub.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistanın Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Londonda ayağından əməliyyat olunan Armen Sarkisyanda koronavirus testi müsbət nəticələnib. Test nəticəsi Sarkisyanın koronavirusun yeni növünə yoluxduğunu müəyyənləşdirib. Onun müvəqqəti olaraq məsafədən işləyəcəyi bildirilib.

Qeyd edək ki, Armen Sarkisyan Yeni İli ailəsi və nəvələri ilə birlikdə İngiltərədə qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki