
Ermənistan prezidenti və erməniəsilli türk millət vəkili iki ölkə arasında sərhədlərin açılmasını müzakirə edib
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Türkiyə parlamentinin etnik erməni millət vəkili Qaro Paylanı qəbul edib.
Busaat.az xəbər verir ki, Prezident Xaçaturyan Qaro Paylanın Ermənistana səfərini alqışlayıb.
Görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi, iki ölkə arasında sərhədlərin açılması imkanları və perspektivləri müzakirə edilib.
Görüşdə Qarabağ münaqişəsinin nizamlanması, regionda sabit və davamlı sülhün bərqərar olunması, o cümlədən ümumerməni gündəmi ilə bağlı məsələlərə də toxunulub.
Qaro Paylan qəbula görə Ermənistan prezidentinə təşəkkür edib və bütün bu məsələlərin həllinə bacardığı qədər töhfə verməyə hazır olduğunu bildirib.
Busaat.az























