
Ermənistan separatçılara 4 milyard dram əlavə yardım göstərəcək
Ermənistan hökuməti Qarabağdakı separatçı rejimə əlavə 4 milyard dram yardım edəcək.
Busaat.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib.
“Qarabağa 4 milyard dram əlavə dəstəyin göstərilməsi Nazirlər Kabinetinin bu gün keçirilən iclasının gündəliyinə daxildir. Qarabağ xalqına lazımi humanitar və sosial-psixoloji yardımın göstərilməsi mütləq zərurətdir” – deyə, Paşinyan bildirib.
Baş nazir daha əvvəl bildirib ki, “Qarabağ xalqı”na təcili yardım göstərmək üçün Ermənistan hökumətində xüsusi işçi qrupu yaradılacaq.
Busaat.az























