
Ermənistan sərhədçisi intihar edib
“Biz Sünikdən vilayətdən öyrəndik ki, bir neçə gün əvvəl Vorotan icmasında bir sərhədçi intihar edib”.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
İntihar edən şəxs Abovyan şəhərindən olub. Sərhədçi dünən burada dəfn olunub.
Lakin diqqətəlayiq haldır ki, aidiyyatı qurumlar (Milli Təhlükəsizlik Xidməti) bu barədə heç bir məlumat yaymayıb.
Qəzetin Sünikdən olan həmsöhbətinin iddiasına görə, son vaxtlar istər Silahlı Qüvvələrdə, istərsə də Ermənistanın sərhəd qoşunlarında intihar halları tez-tez baş verir, lakin nəticədə bu halların cüzi bir hissəsi qeydə alınır.
Busaat.az























