
Ermənistan Təhlükəsizlik Şurasının katibi britaniyalı nazirlə təhlükəsizlik məsələlərini müzakirə edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti ilə arasında görüş keçirilib.
Busaat.az xəbər verir ki, görüş zamanı regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə edilib.
“Mən Ermənistanın təhlükəsizliyin təmin edilməsi kontekstində ölkənin demokratikləşməsinə yönəlmiş səylərinin vacibliyini vurğuladım”, – Qriqoryan sosial şəbəkədə bildirib.
Bundan başqa görüş zamanı Ermənistan və Böyük Britaniya arasında münasibətlərin inkişafında müsbət dinamikanın əhəmiyyəti qeyd edilib, ikitərəfli münasibətlərin gündəliyinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İrəvana səfəri zamanı Doçerti parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyanla da görüş keçirib.
Görüşdə erməni deputat Böyük Britaniya ilə əməkdaşlığın vacibliyini qeyd edib və ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Busaat.az























