Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.11 $▲1.45%
  • WTI neft88.95 $▲1.18%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.136 $▼0.73%
  • Qızıl3 866 $▼0.17%
  • Gümüş47.57 $▲0.14%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.50 ¢▼0.17%
  • Bitcoin64 456 $▼1.32%
  • Ethereum1 811 $▼1.27%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

“Ermənistan-Türkiyə sərhədi açılmayacaq” – Matevosyan AÇIQLADI

image-s-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Münasibətlərin güzəştlə tənzimlənməsi prosesi nəinki sərhədləri açmayacaq, hətta Ermənistanın son səhifəsini də bağlayacaq”.

Busaat.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri politoloq Benyamin Matevosyan səsləndirib.

O əlavə edib ki, Ərdoğanın məlum sözlərindən sonra Ankaranın Ermənistanla münasibətlərdə ilkin şərtinin olmamasından danışmaq məntiqsizlikdir. Erməni politoloqun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi nə qədər dərinləşsə, tələblər də bir o qədər çox olacaq.

“Rəsmi Bakı Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı olduğunu açıqlayır. Qoşunların Qarabağdan çıxarılmasını istəyir, Laçın və  Zəngəzur dəhlizi məsələsinin həllinə çalışır, Azərbaycan anklavlarının geri qaytarılmasını tələb edir. Ərdoğan deyir ki, bu tələblər yerinə yetirildikdə sərhəd açılacaq”, – erməni politoloq vurğulayıb.

Benyamin Matevosyan Türkiyənin xüsusi nümayəndəsinin Ermənistan-Türkiyə sərhədinə son səfəri qarşılığında rəsmi İrəvandan yeni güzəştlər tələb olunacağına əminliyini ifadə edib. “Məsələnin substantive və siyasi hissəsi həll olunmayana qədər Ermənistan-Türkiyə sərhədi açılmayacaq”, – deyə erməni politoloq fikirlərini tamamlayıb.Konkret.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82343