
Ermənistan və İran elektrik və qaz sazişinin uzadılmasına dair memorandum imzalayıb
Ermənistan və İran elektrik və qaz sazişinin uzadılmasına dair anlaşma memorandumu imzalayıblar.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı İranın “Mehr” agentliyi yayıb.
Məlumata görə, Baş nazir Paşinyan İran prezidenti İbrahim Rəisinin İranın erməni icmasına münasibətini yüksək qiymətləndirib.
Paşinyanın fikrincə, İran İslam Respublikası müxtəlif dinlər arasında dinc əməkdaşlıq və birgəyaşayışın aydın simvolu ola bilər.
İranın Qafqaz regionunda sülh və təhlükəsizliyə dair prinsipial fikirlərini yüksək qiymətləndirən Paşinyan deyib: “Mən cənab Rəisiyə Soçidə keçirilən üçtərəfli görüş barədə məlumat verdim və İran prezidentinin regionda sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlı fikirləri ilə razıyam”.
Qeyd edək ki, Ermənistanın Baş naziri noyabrın 1-də İrana işgüzar səfər edib.
Busaat.az























