
Ermənistan və İran Kacaran tunelinin tikintisini müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan İranın Yol və Şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşüb.
Busaat.az xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı infrastruktur layihələrinin uğurla davam etdirildiyi qeyd edilib.
“Mən İran şirkətlərinin Ermənistanda davam edən tikinti, tender proseslərində iştirakını xüsusilə vurğuladım” – deyə, Qnel Sanosyan sosial şəbəkədə bildirib.
Erməni nazir əlavə edib: “Biz Kacaran tunelinin tikintisi məsələsini müzakirə etdik. Mən Ermənistanda aparılan genişmiqyaslı yol tikintisi işlərinə də toxundum ki, bu da tezliklə İrandan gələn yükdaşımaların həcmini artırmağa imkan verəcək. Biz bu sahədə əməkdaşlığa və potensialın gücləndirilməsinə yönəlmiş fəaliyyətlərə önəm vermişik”.
Busaat.az























