
Ermənistan XİN rəhbəri Polşaya gedir
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Polşaya səfər edəcək.
Busaat.az xəbər verir ki, Mirzoyan çərşənbə günündən cümə gününə kimi ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında iştirak etmək üçün Polşanın Lodz şəhərində işgüzar səfərdə olacaq.
Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də baş tutacaq.
Busaat.az























