Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 427 $▲0.01%
  • Ethereum1 801 $▲1.56%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ermənistanda 15 hərbçinin ölümünə görə mayor saxlanıldı

image-azat
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın Basarkeçər rayonunda yerləşən hərbi hissədə baş verən yanğına görə daha bir yüksəkrütbəli şəxs saxlanılıb.

Busaat.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Məlumata görə, prokurorluq yanvarın 30-u “N” saylı hərbi hissənin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi mayor M.S. barəsində cinayət işi başladıb. Mayor vəzifə öhdəliklərinə qarşı səhlənkar yanaşmaqda ittiham olunur. O, bu gün saxlanılıb.

Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb. Ölkənin İstintaq Komitəsinin məlumatına görə, yanğına səbəb benzinlə davranış qaydalarının pozulması olub. İlkin məlumata görə, hərbçilər kazarmanı isitmək üçün sobanı benzinlə yandırmağa çalışıb. İnsidentlə bağlı araşdırma davam etdirilir.

Hadisədən sonra 5 yüksəkrütbəli hərbçi vəzifəsindən azad edilib. Yanvarın 26-sı hərbi hissənin maddi-texniki təminat üzrə rəisi polkovnik-leytenant Qor Agekyan sözügedən insidentlə bağlı saxlanılıb.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98886