Ermənistanda fəhlələr aclığa başladı

image-thumb600x0-13backend

Qafanda fəaliyyət göstərən “Çaraat Qafan” mədən şirkətinin 1000-ə yaxın işçisindən 300-ü əmək haqqının artırılması, aylıq təhlükə təzminatının və tibbi sığortanın ikiqat artırılması tələbi ilə tətilə çıxıb.

Erməni mediası xəbər verir ki, onlardan 4-ü artıq iki gündür mədən ərazisində aclıq aksiyası keçirirlər.

Onlardan biri, – Spartak Sarkisyan bildirir ki, bütün tələbləri yerinə yetirilməyənə qədər aclıq aksiyasını dayandırmayacaqlar: “Maaş 173 000 dram (420 ABŞ dolları), üstəgəl zərərliliyə görə 50% təşkil edir”.

Şirkət rəhbərliyi və vilayət administrasiyasının nümayəndələri ilə aparılan danışıqlar artıq üçüncü gündür ki, nəticə vermir. Özünü tanıtmaq istəməyən şaxtaçılardan biri bildirib ki, şirkət tibbi sığorta, şəraiti yaxşılaşdıracağına söz verib, lakin əsas məsələni – əmək haqqı və təhlükəli işlərə görə kompensasiyanı təmin etməkdən imtina edib. Rəhbərlik hətta tətil bitməsə, şirkəti bağlamaqla hədələyib.

“Deyirlər ki, belə işləməyə razı olmasalar, bağlayacaqlar. İşə gedib-getməməyi düşünürük. Digər tələblər: əmək haqqı, zərərlilik, qane etmir”, – deyə fəhlə bildirib.

Şirkət rəhbərliyi 3-cü növbə tətilini qanunsuz adlandırıb və təfərrüatlara varmadan etiraz aksiyasının tətilin tələblərinə cavab vermədiyini bildirib.

9 ildir mədəndə işləyən 36 yaşlı fəhlə deyir ki, onun 250 min dram maaşı belə iş üçün kifayət etmir. “Zərərin ödənilməsi azdır. Bizim tələbimiz maaş artımıdır. Zərərliliyə görə 50%, əvvəl isə 100% ödəyirlər”. Tətildə iştirak edən şaxtaçının sözlərinə görə, rəhbərlik pulsuz tibbi müayinə təmin etsə də, müalicə xərclərini işçilər özləri ödəyir. Və belə şəraitdə mədən qapalı şəkildə işlədildiyində sağlamlığa ziyan daha çox olur.

Xatırladaq ki, “Çaarat Qafan” Britaniyanın “Chaarat Gold International Limited” şirkətinin törəmə şirkətidir. Şirkət Zəngəzurda Şahumyan qızıl-polimetal yatağının istismarını həyata keçirir, tərkibində qızıl və gümüş olan mis və sink konsentratları istehsal edir. Britaniya şirkəti mədən 2019-cu ildə alınıb. Buna qədər yatağı üç il ərzində Rusiyanın “Polymetal International” şirkəti işlədib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90