Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 400 $▲0.28%
  • Ethereum2 253 $▲0.55%
  • S&P 5007 580▼1.83%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Gündəm

Ermənistanda Hikmət Mirzəyev qorxusu - Bakı nəyə hazırlaşır?

image-1705384046_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən general-leytenant Hikmət Mirzəyevin Prezident İlham Əliyev tərəfindən müdafiə nazirin müavini təyin edilməsi Ermənistanda qorxuya səbəb olub.

Busaat.az xəbər verir ki, ermənilərin qorxularının xüsusi təyinatlı qüvvələrimizin bütövlükdə Ermənistan üzərində yaratdığı xofdan qaynaqlandığı bəllidir.

Bunun fonunda XTQ komandanı general Hikmət Mirzəyevin müdafiə nazirinin müavini kimi Quru Qoşunlara da komandanlıq edəcəyi Ermənistanda Azərbaycanın “profilaktik zərbələrin endirilməsi” taktikasını aktuallaşdıracağına dair narahatlıq yaradıb.

Ermənistan hakimiyyətinə yaxınlığı ilə tanınan erməni şərhçi Vahram Atanesyan yazır ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində “təhlükə yaranacağı təqdirdə profilaktiv zərbələr endiriləcəyini” açıq şəkildə bəyan etdi.

“Bunun fonunda əsas diqqətçəkən məqam Hikmət Mirzəyevin təyinatından bir gün sonra Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin hərbi təlimlərinə dair görüntülərin yayılması idi. Təlimin məqsədi “şərti düşmənin müdafiə xəttini yarmaq və komanda məntəqəsini məhv etmək”dir. Bütün bunlar Azərbaycanın Əliyevin dediyi “profilaktiv zərbələrə” hazırlıq gördüyündən xəbər verir.

Proseslər göstərir ki, Azərbaycan və Ermənistan arasında irimiqyaslı müharibə olmayacaq, əvəzində sərhəd boyunca və ayrı-ayrı ərazilərdə gərginlik həmişə qalacaq. Bu ərazilərdən biri də Tavuş-Qazax sərhədidir. İlham Əliyev Qazax istiqamətində sərhədin delimitasiyasından danışdı və 4 kəndin qaytarılmasının (Qazaxın anklav olmayan 4 kəndi-red) vacibliyini vurğuladı. İstisna deyil ki, bu məsələdə razılaşma olmasa, rəsmi Bakı lazım olan bütün addımları atacaq”, – Atanesyan yazır.

Bu fikirlərin erməni şərhçinin iddiasında başqa bir şey olmadığı bəllidir. İstisna deyil ki, Atanesyan yaxın olduğu Paşinyan hakimiyyətinin tezisləri əsasında danışır. Lakin burada əsas diqqətçəkən məqam xüsusi təyinatlılarımızın ermənilərin üzərində yaratdığı kabusdur. Onlar hələ uzun illər Hikmət Mirzəyevin adını unutmayacaq.

Asif Nərimanlı

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132754