
Ermənistanda itkin düşən hərbçilərin valideynləri Baqramyan prospektini bağlayıblar - VİDEO
Ermənistanda “Kimya” hərbi hissəsinin itkin düşən hərbçilərinin valideynləri Baqramyan prospektini bağlayıblar. Onlar Ermənistan Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.
Busaat.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Valideynlərdən biri “3 ildir bizi aldadırlar, məcbur olub bu addımı atırıq” deyib.
Onlar səhər tezdən etiraz etdiklərini bildiriblər. Əvvəlcə hökumət binasının qarşısında olublar və Paşinyanla görüş tələb ediblər, daha sonra isə onun Baqramyan küçəsi 26 ünvanında olduğunu öyrənərək aksiyanı Ermənistan prezidentinin iqamətgahı yaxınlığında davam etdiriblər.
Prezident aparatı bizə söz verdi ki, qəbul edəcəklərr, amma hələ də danışmağa gələn olmayıb.
Qeyd edək ki, aksiyada övladları 21 oktyabr 2021-ci il tarixində döyüş tapşırığı ilə və səhv əmrə görə Qarabağa aparılan Eçmiədzin N saylı hərbi hissəsinin əsgərlərinin valideynləri iştirak edir.
Busaat.az























