
Ermənistanda keçmiş nazir həbs edilib
Ermənistan Respublika Partiyasının vitse-prezidenti Armen Aşotyan iki ay müddətinə həbs edilib.
Busaat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki , bu barədə onun vəkili Tiqran Atanesyan məlumat verib.
Sabiq təhsil naziri İrəvan Dövlət Tibb Universitetində vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə faktları ilə bağlı aparılan istintaq zamanı məhkəmənin çıxardığı girovla bağlı məhdudiyyətləri pozmaqda ittiham olunaraq iyunun 14-də həbs edilib.
O, universitetə 38 milyon dramdan çox maddi ziyan vurmaqda ittiham olunur.
Aşotyan ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu iddia edir.
Busaat.az
























