
Ermənistanda koronavirusa yoluxanların sayı 43 minə çatdı
Ermənistanda son sutka ərzində daha 111 nəfərdə koronavirus aşkarlanıb.
Busaat.az xəbər verir ki, beləliklə Ermənistanda COVİD-19-a yoluxanların sayı 42 936-ya yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 858-ə çatıb. İndiyədək 36 475 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 5 343 aktiv koronavirus xəstəsi var.























