
Ermənistanda üç prokuror eyni vaxtda İSTEFA VERDİ
Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa veriblər.
Busaat.az bu barədə Sputnik Ermənistan-a istinadən xəbər verir.
Məlumata görə, Robert Köçəryanın işi ilə məşğul olan baş prokurorun müavini Gevorq Baqdasaryan və prokuror Petros Petrosyan, həmçinin Serj Sarkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyan istefa ərizəsi yazıb.
İstefanın səbəbləri barədə əlavə məlumat verilmir və heç bir rəsmi təsdiq yoxdur. Ermənistan Baş Prokurorluğu məsələ ilə bağlı məlumatı şərh etməyib.
Busaat.az























