Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 078 $▼0.53%
  • Ethereum1 762 $▼0.64%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ermənistandan Türkiyəyə: "Nemesis abidəsi xarici siyasəti ifadə etmir"

image-alen simonyan
Alen Simonyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın paytaxtı İrəvanda Osmanlı siyasi və hərbi liderlərinə və Azərbaycan rəsmilərinə qarşı sui-qəsdlərin səbəbkarlarına həsr olunmuş “Nemesis abidəsi” Ermənistanın xarici siyasətinin ifadəsi deyil.

Busaat.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iddia edib.

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) 30-cu ildönümü çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündən sonra açıqlama verib.

Simonyan QDİƏT-in çox yaxşı təşkilatlandığını bildirib və 6 fevralda Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlər üçün türk xalqına başsağlığı verib.

Zəlzələlərdən sonra Türkiyəyə 2 axtarış-xilasetmə qrupu göndərdiklərini bildirən Simonyan qeyd edib: “Mənim bura gəlişim həm də Ermənistanın qonşuları ilə yaxşı münasibət qurmaq niyyətini nümayiş etdirmək məqsədi daşıyır. Düşünürəm ki, bu tarixi fürsəti əldən verməməliyik”.

Simonyan türk həmkarı ilə Ermənistanda Osmanlı siyasi və hərbi liderlərinə və Azərbaycan rəsmilərinə sui-qəsdlərin səbəbkarlarına həsr olunmuş “Nemesis” adlı abidənin açılışı ilə bağlı danışdığını bəyan edib və heykəlin qoyulması ilə bağlı qərarın yerli hökumət səviyyəsində verildiyini bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108890