“Ermənistanın 24 saat vaxtı qaldı! Əks təqdirdə genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq”backend

“Humanitar atəşkəsin 72 saatı sabah saat 12:00-da başa çatır. Ermənistanın terrorçulardan ibarət hərbi qoşunları 24 saat ərzində Dağlıq Qarabağı və digər ətraf rayonları tərk etməsələr, o zaman Azərbaycan Ordusu onları çıxaracaq”.

Busaat.az xəbər verir ki, bu açıqlama ilə tanınmış ictimaiyyətçi Elçin Əfəndi çıxış edib. O, özünün facebook səhifəsində xüsusi olaraq vurğlayıb ki, “Əgər erməni əsgərləri ölmək istəmirlərsə, əraziləri 24 saat ərzində tərk etsinlər. Biz son şansı onlara vermişdik. Amma görünən odur ki, dəyərləndirə bilmədilər. Onlar humanitar atəşkəsi pozmaqla eyni zamanda Rusiya dövlətinin də adına xələl gətirdilər.

24 saat qaldı. Vaxt getdi!”